Bakıda Azərbaycan-İspaniya biznes forumu keçirilib - FOTO

Bakıda Azərbaycan-İspaniya biznes forumu keçirilib - <span style="color: red;">FOTO
# 24 aprel 2014 09:04 (UTC +04:00)

Tədbirdə Azərbaycan və İspaniya tərəfindən rəsmi şəxslərlə yanaşı, infrastruktur, tikinti, bank, İKT, turizm, kənd təsərrüfatı, bərpa olunan enerji və s. sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak edib.

Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanın Avropa Birliyi ölkələri, o cümlədən İspaniya ilə əlaqələrin inkişafına önəm verdiyini, ölkələri arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdiyini bildirib. Nazir qeyd edib ki, hazırda Azərbaycanda bir sıra ispan şirkətləri uğurla fəaliyyət göstərir, ticarət əlaqələri genişlənir. Əlaqələrin inkişafı baxımından müqavilə-hüquqi bazanın təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayan Ş. Mustafayev ispan nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair sənədin imzalandığını, investisiyaların təşviqi və qarşılıqlı qorunmasına dair sazişin imzalanması istiqamətində müvafiq işlərin görüldüyünü söyləyib.

İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqallo çıxışında hər iki ölkənin iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malik olduğunu deyib. O, mövcud imkanlardan səmərəli istifadə etməklə əməkdaşlığı daha da inkişaf etdirməyin mümkün istiqamətləri barədə məlumat verib.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış edib. Biznes forum ispan iş adamlarının Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən şirkətlərlə ikitərəfli görüşlərinin təşkili ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR