ABŞ-ın Florida ştatında fövqəladə vəziyyət rejim elan edilib

ABŞ-ın Florida ştatında fövqəladə vəziyyət rejim elan edilib
# 01 may 2014 02:07 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bir sıra bölgələrdə sutka ərzində yağıntının miqdarı 50 sm çox olub, 1 nəfərin öldüyü bildirilir.

Daşqınlar nəticəsində yollar və körpülər bağlanıb, xilasedicilər suyun altında qalan evlərə qayıq və helikopterlər vasitəsi ilə çatırlar. Florida ştatının qubernatoru Rik Skott ştat ərazisində fövqəladə vəziyyət rejim elan edib.

Mütəxəssislərin qənaətinə görə, bu, son 30 il ərzində Floridada müşahidə olunan ən güclü daşqınlardı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR