Polşanın Ədliyyə Nazirliyinin internet səhifəsində “Azərbaycandan nə öyrənə bilərik?” məqaləsi yerləşdirilib

Polşanın Ədliyyə Nazirliyinin internet səhifəsində “Azərbaycandan nə öyrənə bilərik?” məqaləsi yerləşdirilib
# 07 may 2014 02:31 (UTC +04:00)

Bakı-APA, 28 aprel 2014-cü il tarixində Polşanın Ədliyyə Nazirliyinin Strategiya və Derequlyasiya departamentinin internet səhifəsində Nazirliyin əməkdaşı Yakub Mixalskinin müəllifi olduğu “Azərbaycandan nə öyrənə bilərik?” məqaləsi yerləşdirilib.

Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən xəbərə görə, məqalədə Azərbaycan Respublikasının Məhkəmə sistemindən, onun internet səhifəsindən, vətəndaşların nazirliyin internet səhifəsi vasitəsilə istənilən məlumatı əldə etmək imkanlarından söz açılıb. Bildirilib ki, iki il bundan öncə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin nümayəndəsi Avropa Şurasında ölkəsinin Məhkəmə sisteminin internet portalını (courts.gov.az) təqdim edərkən Qərbi Avropadan olan həmkarlarım bunu böyük maraqla qarşılayıblar. Bəziləri təqdim olunmuş mükəmməl portalın onların ölkəsində mövcud olmadığını da etiraf ediblər. Y.Mixalski qeyd edib ki, təqdimat zamanı tikilərək yeni istifadəyə verilmiş Məhkəmə binalarının nümayişi və həmin binalarda çalışacaq azərbaycanlı həmkarlarına qarşı onlarda bir növü “paxıllıq” hisslərini oyadıb.

Müəllif Azərbaycanın digər sahələrlə yanaşı məhkəmə sisteminə yetirilən dövlət qayğısının kökündə neft və qaz gəlirlərindən istifadə üzrə düzgün, düşünülmüş strategiyanın durduğunu vurğulayıb.

Məqalədə Şəki şəhərində istifadəyə verilmiş Apelyasiya Məhkəməsinin binasının şəkli, eləcə də courts.gov.az portalından nümunələr də verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR