Venesuelada avtobus qarət olunarkən 7 nəfər ölüb

Venesuelada avtobus qarət olunarkən 7 nəfər ölüb
# 23 may 2014 04:46 (UTC +04:00)

Bakı-APA. Venesuelada avtobusun qarət olunması cəhdi 7 nəfərin ölümü ilə nəticələnib, daha 5 nəfər isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, faciə Lara və Yarakuy ştatları arasında avtomobil yolunda baş verib. Avtobusda olan silahlı cinayətkarlar qəflətən sərnişinləri gülləboran edib. Sürücü ölümcül güllə yarası aldığından hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb.

Məlumata görə, digər 6 nəfər məhz qəza nəticəsində ölüb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Cinayətkarlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR