İsa Hüseynovun “Məhşər” romanı ingilis dilinə tərcümə olunacaq

İsa Hüseynovun “Məhşər” romanı ingilis dilinə tərcümə olunacaq
# 16 sentyabr 2013 16:35 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. İsa Hüseynovun “Məhşər” romanı ingilis dilinə tərcümə olunacaq.

Yazıçının APA-ya verdiyi məlumata görə, kitabın tərcüməsini “Hədəf” nəşrlər evi öz boynuna götürüb: “Açığı, işlərin indi nə yerdə olduğundan xəbərim yoxdur. Amma mənim üçün xoş oldu. Xaricdən mənim əsərlərimlə az maraqlanıblar. Londondan təklif gəlib, istəyiblər çap etsinlər. Mənə dedilər, razılıq verdim. Əgər “Məhşər” ingilis dilinə tərcümə olunarsa, əlbəttə, bizim üçün uğur olar”.

“Hədəf” nəşrlər evinin rəhbəri Müşfiq Xan APA-ya bildirib ki, hazırda “Məhşər”in tərcüməsi ilə bağlı danışıqlar aparılır. Onun sözlərinə görə, tərcümə işinin xərclərini beynəlxalq təşkilat, çap xərclərini isə “Hədəf” öz boynuna götürüb: “Əslində romanı böyük tirajla çap etmək istərdik, amma hələlik nisbətən az tirajla nəşr etmək daha məqsədəuyğundur. Həm müəllif, həm də beynəlxalq təşkilatın nümayəndələri ilə razılıq əldə olunub. Yaxın vaxtlarda tərcümə işinə başlamağı düşünürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR