WTI markalı neft yenidən bahalaşıb

WTI markalı neft yenidən bahalaşıb
# 06 iyun 2013 06:56 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 0,43 dollar və ya 0,6% artaraq 1 barelə görə 93,74 dollar təşkil edib.


«APA-Economics»in məlumatına görə, iyunun 5-də ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,20 dollar və ya 0,2% azalaraq 103,04 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR