Ömürlük məhkumun kamerasında qadağan olunmuş əşya aşkarlanıb

Ömürlük məhkumun kamerasında qadağan olunmuş əşya aşkarlanıb
# 30 yanvar 2014 13:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustanda yerləşən həbsxanada məhkumdan qadağan olunmuş əşya aşkarlanıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həbsxanada cəza çəkən, ömürlük azadlıqdan məhrum edilmiş məhkum Azər Tarverdi oğlu Əsədovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, döşəmədə düzəldilmiş gizli saxlanc yerindən daxilində “Nar” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR