“Bank VTB (Azərbaycan)” aktivlərini 2 dəfə artırıb

“Bank VTB (Azərbaycan)” aktivlərini 2 dəfə artırıb
# 24 aprel 2014 11:36 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Bank VTB (Azərbaycan)” ASC-nin bu ilin I rübündə aktivləri 205,4 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövri ilə müqayisədə 2,1 dəfə çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kredit portfeli 2,3 dəfə artaraq 194,4 mln. manat təşkil edib. Bununla yanaşı, hesabat dövründə istehlak kreditlərinin həcmi 93,7 mln manata çatıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Bankda əhalinin əmanətləri 63% artaraq 5,451 mln. manat təşkil edib.

Bundan başqa, bankın məcmu kapitalı 3 dəfə artaraq 46,084 mln. manat olub, nizamnamə kapitalı isə 50,815 mln. manat təşkil edib.

Cari ilin I rübündə üzrə bankın gəlirləri 3 dəfə artaraq 10,611 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR