Elçin Quliyev Lənkəranda vətəndaşları qəbul edib - FOTO - VİDEO

Elçin Quliyev Lənkəranda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 22 may 2014 09:17 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev mayın 22-də Lənkəran Sərhəd Dəstəsində Lənkəran, Astara, Lerik və Astara rayon­ları­nın­ sakinlərini qəbul edib. APA-nın cənub bürosunun məlumatına görə, qəbul zamanı vətəndaşların DSX-yə qəbulu, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətlərini, şikayət və təkliflərini diqqətlə dinləyən E.Quliyev qaldırılan məsələləri DSX-nin aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırıb və onların qanunvericiliyə uyğun həlli üçün konkret tapşırıqlarını verib.

DSX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb və baxıl­ması­ üçün nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR