Türkiyə Daxili İşlər Nazirliyi azərbaycanlı vəkilə təzminat ödəyəcək

Türkiyə Daxili İşlər Nazirliyi azərbaycanlı vəkilə təzminat ödəyəcək
# 09 iyun 2014 14:18 (UTC +04:00)

APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, məhkəmə İ. Əliyevin iddiasını təmin edib. Məhkəmənin qərarına əsasən Türkiyə Daxili İşlər Nazirliyi İ. Əliyevə mənəvi ziyana görə 7 min 500 lirə, maddi ziyana görə 600 lirə təzminat ödəyəcək.

Qeyd edək ki, hadisə 2011-ci ildə baş verib. Atatürk Hava Limanında İ. Əliyevlə polislər arasında mübahisə yaranıb. İ. Əliyevin polis məmuruna “oğlan” deməsini qarşı tərəf yanlış anlayıb. Bundan sonra İ. Əliyev saxlanılaraq bir otaqda 3 dəqiqə 38 saniyə döyülüb. İ. Əliyev “oğlan” sözünün Azərbaycan türkcəsində “kişi, adam” mənasına gəldiyini və təhqir olmadığını söyləsə də, Türkiyəyə girişinə 1 il qadağa qoyulub və o, deportasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR