Kolumbiyada təyyarə göyərtəsində yanğın səbəbindən məcburi eniş edib

Kolumbiyada təyyarə göyərtəsində yanğın səbəbindən məcburi eniş edib
# 03 avqust 2013 21:03 (UTC +04:00)

Bakı-APA. Kolumbiyada “American Airlines” şirkətinə məxsus təyyarə göyərtəsində baş vermiş yanğın səbəbindən məcburi eniş edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, göyərtəsində 256 sərnişin olan təyyarə Buenos Ayresdən Mayamiyə uçurmuş, insident nəticəsində xəsarət alan yoxdur.

İlkin məlumata görə, yanğın təyyarənin arxa hissəsindəki bölmələrin birində baş verib. Bu səbəbdən ekipaj Boqota aeroportunda təcili eniş etməyə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR