Suriya ilə bağlı beynəlxalq konfrans İranın iştirakı olmadan keçiriləcək

Suriya ilə bağlı beynəlxalq konfrans İranın iştirakı olmadan keçiriləcək
# 21 yanvar 2014 08:01 (UTC +04:00)

APA – nın BMT baş katibinin mətbuat katibi Martin Nesirkaya istinadən verdiyi məlumata görə, belə bir qərarı intensiv məsləhətləşmələrdən sonra Pan Gi Mun verib.

M. Nesirki bildirib ki, BMT baş katibi İranın öncədən üzərinə götürdüyü öhdəliklərə cavab verməyən bəyanatından təəssüflənib. Onun sözlərinə görə, Pan Gi Mun İsveçrəyə “Cenevrə-2” konfransına yollanır.

Rəsmi Tehran bəyan edib ki, “Cenevrə-2”nin məqsədinin 2012-ci ildə qəbul edilmiş Cenevrə kommunikesinin tam icrası olması ilə razı deyil və toplantıda hər hansı şərt olmadan iştirak etməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR