Qaxda məişət tullantılarının idarə olunması poliqonu istifadəyə verilib - VİDEO

Qaxda məişət tullantılarının idarə olunması poliqonu  istifadəyə verilib - <span style="color: red;">VİDEO
# 05 may 2014 16:39 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qaxda məişət tullantılarının idarə olunması poliqonu istifadəyə verilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yeni müəssisənin sahəsi 2 hektar ərazini əhatə edir.

Ərazidə 2000 ədəd ağacdan ibarət yaşıllıq zolağı da salınıb, 300 kvadratmetrdən ibarət 2 ədəd poliqon tikilib. Yanma kamerası və yanmış tullantı üçün 600 kubmetrlik katlovan qazılıb. Layihənin texnoloji ardıcıllığına görə öncə şəhər ərazisindən toplanılan məişət tullantıları poliqona gətirilir.

Poliqonun birinci bunkerində zibillər çeşidlənərək ayrılır. Sonda qalan lazımsız tullantılar yanma kamerasına ötürülür, faydalı tullantılar isə tədarük məntəqələrinə göndərilmək üçün toplanılır. Müəssisənin bir dəfəyə 30 ton məişət tullantısını qəbul etmək imkanı var. Yeni müəssisənin istifadəyə verilməsi münasibətilə təşkil edilmiş mərasimdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takaşahi və müvafiq təşkilatların nümayəndələri iştirak edib.

Qeyd edək ki, poliqon Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində “Qax rayonunda tullantıların idarə olunması” layihəsi əsasında tikilib. Poliqonun tikintisinə ötən ilin sonlarında başlanılıb.

Layihənin ümumi dəyəri 96 175 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR