İranda yeni hərbi manevr başlayıb

İranda yeni hərbi manevr başlayıb
# 20 dekabr 2013 10:40 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün İranda yeni hərbi manevr başlayıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “Vəlayət Səması Fədailəri-4” adlanan təlim Fars körfəzinin səmalarında keçirilir.

Manevrdə yalnız İran Hərbi Hava Qüvvələri iştirak edir. Təlimə onlarla qırıcı, bombardman, ağır və yarı ağır yüklü, yanacaq, kəşfiyyat və pilotsuz təyyarələr qatılıb. Manevr çərçivəsində İranın ən son hərbi avadanlıqları sınaqdan keçiriləcək.

Hərbi təyyarələr yanacaq almadan uzaqmənzilli uçuşlar həyata keçirərək, havadan havaya və havadan quruya nöqtələrə atəş açaraq hədəfləri məhv etməyə çalışacaqlar. Təlimdə havadan yerdəki hədəfləri vurmaq qabiliyyətinə malik və yerli istehsal olan yeni bombalar və raketlər də sınaqdan keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR