Moskvada MAKS -2013 beynəlxalq aviasiya və kosmos sərgi-şousu keçiriləcək

Moskvada MAKS -2013 beynəlxalq aviasiya və kosmos sərgi-şousu keçiriləcək
# 25 iyul 2013 13:40 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Avqustun 27-dən sentyabrın 1-dək Moskvada MAKS -2013 beynəlxalq aviasiya və kosmos sərgi-şousu keçiriləcək. Bu barədə APA aviaşounun təşkilat komitəsinə istinadən məlumat verib.

Aviaşou və sərgidə Rusiyadan 563, müxtəlif xarici ölkələrdən isə 100 təşkilatın iştirakı nəzərdə tutulur. Sərgidə Rusiya istehsalı olan müxtəlif tip mülki və hərbi təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, radiolokasiya sistemləri və s. nümayiş olunacaq.

Sərgi çərçivəsində Beynəlxalq Aviasiya Konqresi, 6-cı Avropa Nəqliyyat Aviasiyası Konqresi, «XXI əsr aviasiya texnologiyaları» beynəlxalq elmi-texniki simpoziumu, həmçinin KTMT dövlətlərarası hərbi-iqtisadi əməkdaşlıq Şurasının iclası keçiriləcək.

Sərgi və aviaşouda iştirak üçün Azərbaycanın hərbi qurumlarına, həmçinin Milli Aviasiya Administrasiyası və aviaşirkətlərə dəvət göndərilib. Tədbirlərdə Azərbaycan Mülki Aviasiya Akademiyasından da heyətin iştirakı planlaşdırılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR