Prezident İlham Əliyev Qovlar şəhər mədəniyyət və istirahət parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

Prezident İlham Əliyev Qovlar şəhər mədəniyyət və istirahət parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
# 05 iyul 2013 13:26 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində Qovlar şəhər mədəniyyət və istirahət parkının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

APA-nın məlumatına görə, prezident İlham Əliyevin 2012-ci il 9 aprel tarixli sərəncamına uyğun olaraq Qovlar qəsəbəsinə şəhər statusu verilib.

Şəhərin Azadlıq prospekti və Vağzal küçəsi asfalt-betonla örtülüb, ayırıcı zolaq salınıb, yeni müasir işıqlandırma sistemi quraşdırılıb. Prospektin kənarında təbii qaya daşlarından və üzlük tavalardan istifadə olunmaqla dekorativ hasar inşa edilib. Qovlar şəhərinin Vağzal və Şəhriyar küçələrində ictimai binaların, ticarət və xidmət obyektlərinin fasadları müasirləşdirilmiş və yeni layihələr əsasında obyektlər tikilib.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, sahəsi 5 hektar olan Qovlar şəhər mədəniyyət və istirahət parkında istinad divarları tikilib və bəzədilib. Səkilərə 1000 kvadratmetrdən artıq tamet və 620 kvadratmetr qranit döşənib. Parkda yeni layihə əsasında inşa edilmiş fəvvarə istirahət məkanına əlavə gözəllik verir. Burada Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsini əbədiləşdirən memorial kompleks daha uyğun yerdə bərpa edilərək ətrafı abadlaşdırılıb. İşıqlandırma və suvarma sistemlərinin yenidən qurulduğu parkda qazonlar salınıb, dekorativ ağac və gül kolları əkilib. Uşaqların istirahətinin səmərəli təşkili məqsədi ilə attraksionlar və digər əyləncə qurğuları quraşdırılıb.

Azərbaycan prezidenti İlham Əliyev parkda görülmüş işləri yüksək qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR