Qəbələ RLS-in ərazisinin mina və PHS-dən təmizlənməsinə start verilib - EKSKLÜZİV

Qəbələ RLS-in ərazisinin mina və PHS-dən təmizlənməsinə start verilib - <span style="color: red;">EKSKLÜZİV
# 22 yanvar 2014 12:00 (UTC +04:00)

Tədqiqat-kəşfiyyat əməliyyatlarında ANAMA-nın Çevik Əməliyyat Qrupunun 15 nəfərlik heyətinin iştirak etdiyini deyən N. İsmayılovun sözlərinə görə, ümumilikdə stansiyanın ətrafında 220 hektar ərazi yoxlanılaraq mina və PHS-dən təmizlənəcək.

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Qəbələ radiolokasiya stansiyasının (RLS) ərazisində mina və partlayıcı maddələrin müəyyənləşdirilməsi üçün tədqiqatlara başlayıb.

Bu barədə APA-ya eksklüziv açıqlamasında ANAMA-nın direktoru Nazim İsmayılov bildirib.

N. İsmayılovun sözlərinə görə, əməliyyatlara yanvarın 21-də start verilib və 6 ay davam edəcək. Tədqiqatlar Azərbaycan hökumətinin tapşırığı əsasında aparılır.

Tədqiqat-kəşfiyyat əməliyyatlarında ANAMA-nın Çevik Əməliyyat Qrupunun 15 nəfərlik heyətinin iştirak etdiyini deyən N. İsmayılovun sözlərinə görə, ümumilikdə stansiyanın ətrafında 220 hektar ərazi yoxlanılaraq mina və PHS-dən təmizlənəcək.

Qeyd edək ki, 2013-cü ilin avqust ayında stansiyanın ərazisindən 13 mina tapılıb.

Qəbələ RLS 2013-cü ilin iyun ayında icarə müddətinin bitməsi ilə əlaqədar olaraq Azərbaycan hökumətinin balansına keçib.

“Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş” 2002-ci ildə imzalanıb.

Rusiya 2012-ci il dekabrın 10-dan stansiyanın istismarını dayandırıb, 2013-cü ilin yay aylarında isə stansiya tam olaraq Azərbaycan hökumətinə təhvil verilib. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verir. 2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7 milyon dollar ödəyib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR