Azərbaycan yığmasının üzvü Avropa çempionatının ən yaşlı oyunçusu olacaq

Azərbaycan yığmasının üzvü Avropa çempionatının ən yaşlı oyunçusu olacaq
# 28 yanvar 2014 10:58 (UTC +04:00)

Bakı – APA. Bu gün start götürəcək futzal üzrə Avropa çempionatının ən yaşlı və ən gənc oyunçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Belçikada baş tutacaq final mərhələsinin “ağsaqqalı” Azərbaycan millisinin üzvü Biro Jadedir. Milliləşən braziliyalı 4 gün əvvəl 41 yaşını qeyd edib.

Yığmamızla 3-cü dəfə Avropa çempionatının final mərhələsinə yollanan futzalçı ən yaxın izləyicilərindən 2 il 2 ay böyükdür. Jade Belçikada forma geyinəcək ən gənc futzalçıdan 20 il 4 ay böyükdür. Bu isə o deməkdir ki, braziliyalı oğlu yaşında rəqiblərlə üz-üzə gələcək.

Avropa çempionatının ən yaşlıları:

Biro Jade (Azərbaycan) - 24.01.1973
Roman Mareş (Çexiya) - 15.03.1975
Lusio (Belçika) – 04.07.1975
Dabid Şimon (Çexiya) - 14.06.1975
Libor Gerçak (Çexiya) - 22.07.1975
Maksim Pavlenko (Ukrayna) - 15.09.1975

Avropa çempionatının ən gəncləri:
Nikita Faxrutdinov (Rusiya) - 20.05.1993
Omar Rahu (Belçika) – 19.07.1992
Abdelhak El Qadaui (Belçika) – 12.04.1992

Qeyd edək ki, Avropa çempionatları tarixində final mərhələlərinin ən yaşlı oyunçusu da millimizin üzvüdür. Artıq karyerasını bitirən Andrey Tveryankin AVRO-2012-də 44 yaşında forma geymişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR