Nazir: “Sahibkarlar təhlükəsiz iş yerlərinin yaradılması normalarına tam riayət etmirlər”

Nazir: “Sahibkarlar təhlükəsiz iş yerlərinin yaradılması normalarına tam riayət etmirlər”
# 24 aprel 2014 09:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2013-cü ildə Dövlət Əmək Müfəttişliyi tərəfindən istehsalatda baş verən 155 bədbəxt hadisənin tədqiqatı aparılıb.

APA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib ki, nazirlik tərəfindən heç də bütün hadisələrin tədqiqatı aparmaq mümkün olmur.

Nazirin sözlərinə görə, qanunvericiliklə işəgötürən dərhal həmin gün fiziki şəxsi barədə məlumatı Dövlət Əmək Müfəttişliyinə təqdim etməlidir:

“İstehsalatda bədbəxt hadisə ilə əlaqədar aparılmış 155 tədqiqatdan 150-si muzdlu işçilərlə bağlı olub. Bunun nəticəsində baş vermiş 71 ölüm hadisəsinin 70-i muzdlu işçilərin payına düşür. Xəsarət alanlardan 120 nəfərdən 119-u yenə muzdla çalışanlardır. Bunlar onu göstərir ki, hələ də işəgötürənlər, sahibkarlar, eləcə də müvafiq təşkilatlar öz müəssisələrində əməyin mühafizəsi, təhlükəsiz iş yerlərinin yaradılması üzrə qanunla tələb olunan normalara riayət etmirlər. Bunun nəticəsidir ki, bu ilin birinci rübü ərzində tətbiq olunan cərimələrin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 dəfədən çox olub. Cərimələrin çoxluğu onu göstərir ki, müəssisələrdə əməyin mühafizəsi və işçilərin qorunması sahəsində tədbirlər hələ tam şəkildə səmərəli həyata keçirilmir. Bu istiqamətdə böyük işlər görülməlidir. Bu işlər təkcə Dövlət Əmək Müfəttişliyinin nəzarəti altında deyil, eləcə də həmkarlar, işəgötürənlər, bütün ictimai və qeyri-hökumət təşkilatlarla birgə görülməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR