Yunanıstanın baş naziri Azərbaycana gələcək

Yunanıstanın baş naziri Azərbaycana gələcək
# 13 dekabr 2013 09:01 (UTC +04:00)

APA-nın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, səfər zamanı A. Samaras Azərbaycan prezidenti ilə görüş keçirəcək. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən yunan şirkəti DESFA-nın ARDNŞ tərəfindən özəlləşdirilməsi müzakirə olunacaq.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şəhdəniz” qaz yatağının istismarının ikinci mərhələsi üzrə yekun investisiya qərarının dekabrın 17-də Bakıda qəbul olunması gözlənilir. Yekun investisiya qərarı çərçivəsində 39 sənədin imzalanması gözlənilir. Mərasimə qatılmaq üçün İtaliyanın baş naziri Enriko Letta da Azərbaycana gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR