İstanbuldakı Bizans monastırı məscidə çevriləcək

İstanbuldakı Bizans monastırı məscidə çevriləcək
# 26 noyabr 2013 19:41 (UTC +04:00)

Bakı-APA. Türkiyə höküməti Istanbulda yerləşən, əsası V əsrdə qoyulmuş Studiy monastırını (İmrahor İlyas bey türbəsi) məscidə çevirməyə planlaşdırır.

APA-nın Hurriyet Daily News-a istinadən verdiyi xəbərə görə, kompleks 2014-cü ildə əsaslı bərpa edildikdən sonra məscidə çevriləcək.

Frans Press agentliyinin məlumatına görə, dini qurumlar hələ ki xəbəri şərh etməyib. Qeyd edək ki, bundan əvvəl Trabzon və İznik şəhərlərindəki Müqəddəs Sofiya kilsələri də məscidə çevrilmişlər. Hər iki halda bu əsaslı bərpa işlərindən sonra baş verib.

Hazırda İstanbulun ən önəmli Bizans dövrünə aid olan abidəsi – Ayə-Sofiya məscidi kimi tanınan, Müqəddəs Sofiya kilsəsi ətrafında da müzakirələr gedir. Hazırda bu kompleks muzey kimi fəaliyyət göstərir. Lakin baş nazirin müavini Bülənt Arınç bir müddət əvvəl kompleksdə Osman imperiyası dövründə fəaliyyət göstərmiş məscidi bərpa etmək niyyətində olduğunu bəyan edib.

Qeyd edək ki, Studiy monastırı (İmrahor İlyas bey anıtı) Bizans dövrünün ən əhəmiyyətli abidələrindən biridir. XV əsrdə Türkiyə istilasından sonra monastırın əsas ibadətgahı məscidə çevrilib. Lakin XVIII—XIX əsrlərdə baş verən yanğın və zəlzələlər nəticəsində kompleks dağıntılara məruz qalmışdır. XIX — XX əsrin əvvələrində monastırda Rus Arxeoloji İnstititu fəaliyyət göstərib. 1946-cı ildə kompeks muzeyə çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR