Gəncədə 74 yaşlı qadının külli miqdarda pulu mənimsənilib

Gəncədə 74 yaşlı qadının külli miqdarda pulu mənimsənilib
# 27 avqust 2013 11:13 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 74 yaşlı Həmidə Əliyeva polisə müraciət edərək bildirib ki, Seymur adlı şəxs onu aldadaraq nəvələrinin birini tibb kollecinə qəbul etdirəcəyini, digərini isə orta məktəbə müəllimə kimi işə düzəldəcəyini vəd verərək 27 min manat pulunu alıb.

Qadın qeyd edib ki, pulu olmadığı üçün o Seymurun köməyi ilə evini girov qoyaraq bankdan pul götürüb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində məlum olub ki, qadını 33 yaşlı Gəncə şəhər sakini Seymur Əliyev aldadıb.

Məlumata görə Seymur Əliyevin qadını aldadaraq pulunun mənimsəməsi barədə bir sıra sübutlar var. Hazırda faktla bağlı araşdırma aparıldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR