Şəmkirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

Şəmkirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
# 05 fevral 2014 09:45 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Şəmkirdə zəhərlənmə hadisəsi baş verib. Şəmkir Mərkəzi rayon Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, rayonun Kür qəsəbə sakinləri - 1948-ci il Eyyub Həsənov, onun həyat yoldaşı 1954-cü il təvəllüdlü Afiqə Həsənova, nəvələri 10 və 8 yaşlı Fidan və Fatimə bacıları dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımdan sonra onların həyatını xilas etmək mümkün olub. Araşdırma zamanı məlum olub ki, zəhərlənməyə mənzildə qaz sobasının nasazlığı nəticəsində otağa dolan dəm qazı səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR