Təbrizdə avtomobil qəzasında 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Təbrizdə avtomobil qəzasında 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 14 iyun 2014 14:12 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Şərqi Azərbaycan vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə iyunun 14-də səhər saatlarında Əhər-Təbriz magistralında olub. İki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanasına çatdırılıblar. Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR