Bakıda 63 yaşlı kişi qətlə yetirilib

Bakıda 63 yaşlı kişi qətlə yetirilib
# 07 may 2014 07:24 (UTC +04:00)

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun 11-ci Xrebtovı küçəsi-105 saylı mənzildə qeydə alınıb.

Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Vahid Cəbail oğlu Əhmədov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hazırda polis V. Əhmədovu öldürən şəxsin tapılması istiqamətində iş aparır.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR