Qərbin İrana təklifi açıqlanıb

Qərbin İrana təklifi açıqlanıb
# 05 noyabr 2013 12:09 (UTC +04:00)

Bakı - APA. Qərb İrana xaricdəki maliyyə aktivlərindən istifadə etməyə icazə verməsi müqabilində nüvə proqramını dondurmağı təklif edəcək.

APA-nın “London Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu, İrana Yaponiya, Hindistan və Çinə çatdığı neftə görə ödəmələri almaq imkanı verəcək.

İrana qarşı indiyədək tətbiq edilən digər sanksiyalar isə bu mərhələdə ləğv olunmayacaq. Əgər Tehran Qərbin təklifi ilə razılaşarsa, sanksiyaların iqtisadiyyatına ciddi zərbə vurduğu İran böyük həcmdə maliyyə vəsaitinə çıxış əldə edəcək.

ABŞ dövlət katibinin Yaxın Şərq üzrə sabiq məsləhətçisi Robert Eynxorn “London Times”ə açıqlamasında deyib ki, bu ideya İranın müvəqqəti iqtisadi gəlir qazanmasına imkan yaradır. Bu təklif Tehranın nüvə proqramı ilə bağlı 6-7 noyabr tarixlərində Cenevrədə İranla “altılıq” ölkələri arasında keçiriləcək danışıqların ikinci turunda müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR