Azərbaycanın reklam bazarında ədəbi dil qaydalarına riayət olunması illə bağlı monitorinqlər aparılacaq

Azərbaycanın reklam bazarında ədəbi dil qaydalarına riayət olunması illə bağlı monitorinqlər aparılacaq
# 08 oktyabr 2013 11:10 (UTC +04:00)

"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın İşçi qrupunun sədrinin müavini, AMEA-nın İctimai və humanitar elmlər bölməsinin əməkdaşı, professor Həbib Zərbəliyev APA-ya açıqlamasında deyib ki, monitorinqlər zamanı televiziya və radiolarda gedən reklamları, keçə reklamları, küçə adları ilə bağlı vəziyyəti araşdırılacaq. Onun sözlərinə görə, yaxın günlərdə toplanacaq işçi qrupunun iclasında görüləcək işlərin planı hazırlanacaq, konkret təkliflərə əsasən necə işləməyin lazım olduğu müəyyənləşəcək: “Dövlət Proqramının işçi qrupu oktyabrın 18-də toplanacaq. Bundan sonra işçi qrup ölkənin reklam bazarında ədəbi dil qaydalarına riayət edilib-edilmədiyini araşdırmaq məqsədilə monitorinqlər aparacaq”.

İşçi qrupunun sədrinin müavini qeyd edib ki, telekanalların rəsmi xəbərləri, elmi-kütləvi proqramları və ictimai-siyasi verilişlərində ədəbi dil qaydalarının qorunub-qorunmaması ilə bağlı aparılan monitorinqlər artıq yekunlaşıb. Hazırda monitorinqin nəticələrinin araşdırılmaq üçün işçi qrupunun üzvlərinə paylandığını deyən H.Zərbəliyevin sözlərinə görə, yaxın zamanlarda bu monitorinqin nəticələri ilə bağlı yekun nəticələr hazırlanaraq ictimaiyyətə təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR