Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində bir sıra ölkələr milli pavilyonla təmsil olunacaq

Bakıda keçiriləcək ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisində bir sıra ölkələr milli pavilyonla təmsil olunacaq
# 09 dekabr 2013 16:26 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bakıda keçiriləcək ADEX-2014 birinci beynəlxalq müdafiə sənayesi sərgisində bir sıra ölkələr milli pavilyonla təmsil olunmağı planlaşdırır. Bu barədə APA-ya ADEX-2014 sərgisinin təşkilat komitəsindən bildirilib.

Bu günədək Türkiyə və Polşa Milli pavilyonla hərbi sərgidə iştirakını təsdiq edib. Cənubi Koreya Respublikası, Ukrayna, Çin, Serbiya isə milli pavilyonla təmsil olunmaq üçün müraciət edib.

Qeyd edək ki, ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisi 11-13 sentyabr 2014-cü il tarixində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR