«Azəri-Çıraq-Günəşli» layihəsi üzrə əməliyyat xərcləri 7%, əsaslı xərclər isə 14% artıb

«Azəri-Çıraq-Günəşli» layihəsi üzrə əməliyyat xərcləri 7%, əsaslı xərclər isə 14% artıb
# 13 fevral 2014 09:27 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə layihənin operatoru olan BP şirkətinin hesabatında deyilir.

Hesabatda bildirilir ki, 2014-cü il üçün AÇG əməliyyatlarına 1,052 mlrd. dollar əməliyyat məsrəfləri və 2,068 mlrd. dollar əsaslı məsrəflərin xərclənəcəyi gözlənilir.

Ötən il AÇG-nin «Çıraq», «Mərkəzi Azəri», «Qərbi Azəri», «Şərqi Azəri» və «Dərinsulu Günəşli» platformalarından ümumilikdə gündə orta hesabla 655 370 barel (illik 239 mln. barel və ya 32,2 mln. ton) neft hasil edilib. Əvvəlki ilə nisbətən illik hasilat 2,1% azalıb.

Hesabata əsasən, Səngəçal terminalının texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və «Şahdəniz» qazı üçün təxminən 27,4 mln. standart kubmetr qaz, ümumi qaz emalı və ixracı gücü isə (AÇG-nin səmt qazı daxil olmaqla) gündəlik təqribən 41,5 mln. standart kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini «Azəriqaz»ın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-ə məxsus qaz kəməri ilə ixrac olunur.

Ötən il terminaldan 286,2 mln. barel neft ixrac edilib ki, bu da illik müqayisədə 1,2% çoxdur. O cümlədən, 248,7 mln. barel Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri, 29,9 mln. barel Qərb İxrac Boru Kəməri (QİBK), 5,7 mln. barel dəmir yolu və 1,9 mln. barel kondensat ixrac kəməri vasitəsilə ixrac edilib.

Həmçinin, 2013-cü il ərzində terminal gündəlik orta hesabla 26,6 mln. standart kubmetr «Şahdəniz» qazı ixrac edib ki, bu da illik müqayisədə 26,1% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR