Şirvanda ticarət mərkəzində çalışan 200-ə qədər sahibkar aksiya keçirib

Şirvanda ticarət mərkəzində çalışan 200-ə qədər sahibkar aksiya keçirib
# 04 noyabr 2013 09:03 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan şəhərində bir qrup sahibkar ticarət mərkəzində icarə haqqının artırılmasına etiraz olaraq aksiya keçirib.

Bu barədə APA-nın Mil-Muğan bürosuna ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlar özləri məlumat verib. Onların bildirdiyinə görə, ticarət mərkəzində 200-ə qədər sahibkar icarə haqqının artırılmasından narazıdır və buna görə də ticarət mərkəzinin rəhbərliyi ilə görüşmək istəyiblər.

Rəhbərliyi təmsil edən nümayəndələr isə sahibkarlara izah ediblər ki, ticarət mərkəzinin aylıq kommunikasiya, sanitar, amortizasiya, kredit xərcləri və digər önəmli xərclər mərkəzin rentabelli işləməsinə mane olur.

Sahibkarlarla ticarət mərkəzi rəhbərliyi arasında aparılan danışıqlardan sonra icarə haqlarının artırılmamasına qərar verilib.

Aksiya başa çatıb və ticarət mərkəzinin əvvəlki iş rejimi bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR