Kənd təsərrüfatı nazirinin müavini İFAD-ın bölmə direktoru ilə görüşüb

Kənd təsərrüfatı nazirinin müavini İFAD-ın bölmə direktoru ilə görüşüb
# 04 fevral 2014 16:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) Yaxın Şərq, Şimali Afrika və Avropa bölməsinin direktoru Xalida Bouzar ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşün əsas məqsədi İFAD-la Azərbaycan Hökuməti arasında həyata keçirilən layihələrin müzakirəsi və gələcək perspektivlərin müzakirəsi olub.

İ.Quliyev İFAD tərəfindən ölkəmizdə həyata keçirilən Təsərrüfatların Özəlləşdirilməsi Layihəsi, Dağ və Yüksək Dağlıq Ərazilərin İnkişaf Etdirilməsi Proqramı, Şimal-Şərq İnkişaf Layihəsi, Şimal Qərb Kənd İnkişaf Layihəsi, Kənd Yerlərinin Kompleks İnkişafı Layihələrini yüksək qiymətləndirib, gələcəkdə də yeni layihələrin həyata keçirilməsinə önəm verdiyini və prioritet sahələr barədə təkliflərin qısa zamanda təqdim olunacağını bildirib.

İFAD-ın Yaxın Şərq, Şimali Afrika və Avropa bölməsinin direktoru X.Bouzar İFAD-ın ölkə üzrə yeni təyin olunmuş proqram meneceri Dina Salehi təqdim edib, İFAD-la bundan sonra da əlaqələrin daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR