Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti indeksi son bir ildə ən yüksək həddə çatıb

Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti indeksi son bir ildə ən yüksək həddə çatıb
# 24 yanvar 2014 12:17 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2013-cü il üzrə 1,43 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2013-cü ilin yanvar-noyabr aylarının göstəricisinə nisbətən 0,02 bəndi çoxdur:

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır. Bu nisbət iki əsas xərc ödənildikdən sonra əhalinin sərəncamında qalan gəlirlərin hissəsini göstərir. Nəticədə, indeks son bir ildə ən yüksək həddə çatıb.

Ötən il pərakəndə ticarət dövriyyəsi 19,656 mlrd. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 6,527 mlrd. manat, əhalinin məcmu gəlirləri isə 37,556 mlrd. manat təşkil edib. İllik müqayisədə ticarət dövriyyəsi 9,9%, xidmət xərcləri 8,2%, gəlirlər isə 8,0% artıb. Bu rəqəmlər göstərir ki, xərclərin azalmaması fonunda indeksin yüksək olması gəlirlərin artmasının nəticəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR