Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi ARDNF-da olub

Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi ARDNF-da olub
# 27 sentyabr 2013 15:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, Ş.Mövsümov ARDNF-ın fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr barədə ətraflı məlumat verib.

Görüş zamanı tərəflər həmçinin Azərbaycan və Böyük Britaniya arasında sərmayə qoyuluşları barədə fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR