Ötən ay Azərbaycanda avtomobillərin icbari sığortası üzrə 2 mln. manatdan çox ödəniş həyata keçirilib

Ötən ay Azərbaycanda avtomobillərin icbari sığortası üzrə 2 mln. manatdan çox ödəniş həyata keçirilib
# 04 oktyabr 2013 11:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin sentyabr ayı ərzində Azərbaycanda «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətlərinə qarşı irəli sürülən sığorta tələblərindən 1 559-u üzrə 2 080 282 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Bürodan «APA-Economics»ə verilən məlumata görə, ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növünə görə isə ötən ay 1 478 nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1 934 199 manat, 50 ədəd əmlaka dəymiş zərərə görə 68 083 manat, 20 sağlamlığa dəymiş zərərə görə 23 min manat, 11 şəxsin ölümü üzrə isə 55 min manat sığorta ödənişləri həyata keçirilib.

İştirakçı sığorta şirkətlərinə qarşı irəli sürülən 255 sığorta tələbi isə baxılma mərhələsindədir.

Bu ilin sentyabr ayı ərzində Büro tərəfindən üç kompensasiya tələbi üzrə 6 450 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR