«Azercell» beynəlxalq zənglər üçün endirimli vahid tarif müəyyənləşdirib

«Azercell» beynəlxalq zənglər üçün endirimli vahid tarif müəyyənləşdirib
# 04 fevral 2014 12:30 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti beynəlxalq zənglər üçün vahid və əhəmiyyətli dərəcədə aşağı olan yeni tarif tətbiq edib.

Şirkətin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu tarif 0,32 AZN təşkil edir və istənilən istiqamətdə şirkətin bütün tarif planlarına şamil edilir:

İstiqamət

Köhnə tarif (1 dəq.)

Yeni tarif (1 dəq.)

MDB və Baltikyanı ölkələr

0,37 AZN

0,32 AZN

İran və Türkiyə

0,43 AZN

0,32 AZN

Avropa və Amerika qitəsi ölkələri və s.

0,50 AZN

0,32 AZN

Qeyd edək ki, şənbə, bazar və bayram günlərində (gün ərzində) və istənilən gün saat 00:00-dan 08:00-a qədər beynəlxalq zənglərə əlavə 25% endirim tətbiq olunur. Bu müddət ərzində abunəçilər beynəlxalq zənglərin bir dəqiqəsinə yalnız 24 qəpik ödəməklə xidmətlərdən istifadə edə bilərlər.

«Azercell Telekom», həmçinin, Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində yerləşən eksklüziv endirim zonasından istifadə etməyi də təklif edir. Burada bütün beynəlxalq nömrələrə yerli şəbəkəxarici qiymətlərlə zəng etmək mümkündür.

Ölkənin bütün mobil rabitə operatorlarının şəbəkələrində beynəlxalq zənglərə endirimlər sisteminin tətbiqi ilə əlaqədar təşəbbüs Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Tarif Şurası tərəfindən irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR