Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala sərmayələr 20% artıb

Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala sərmayələr 20% artıb
# 14 oktyabr 2013 13:43 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində bütün maliyyə mənbələrindən Azərbaycanda əsas kapitala 11,8 mlrd. manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 19% çox vəsait yönəldilib. Bunun 71,5%-i daxili mənbələr hesabına təmin edilib. Sərf edilmiş sərmayənin 49,4%-i məhsul istehsalı, 50,6%-i xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 63,7%-ni təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2013-cü ilin ilk 9 ayında Bakı şəhərində Gəmiqayırma Zavodu, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası, «Fairmont Baku» hoteli, Şərur rayonunda Arpaçay Su Elektrik Stansiyası, Sumqayıt şəhərində «Gilan» Tekstil Parkı, Şirvan şəhərində «Cənub» Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi və Şirvan-Muğan qrup su kəməri, Gədəbəy rayonunda yeni qızıl emalı zavodu, Qazax rayonunda sement zavodu, «Excelsior Hotel Shamkir» mehmanxanası, Tovuz rayonunda Hemodializ Mərkəzi, Yevlax rayonunda hava limanı, bütün mənbələr hesabına ümumi sahəsi 1 478 min kv. metr olan yeni yaşayış evləri, 526 çarpayılıq xəstəxana, növbədə 130 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisələri, 24 880 şagird yerlik ümumtəhsil məktəbləri, 997 yerlik məktəbəqədər təhsil müəssisələri, 864 yerlik klub və digər obyektlər istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR