ARDNŞ prezidenti ilə Gürcüstan patriarx-katalikosu arasında bu ölkədəki din idarələrinin pulsuz qaz ilə təmini haqqında memorandum imzalanıb

ARDNŞ prezidenti ilə Gürcüstan patriarx-katalikosu arasında bu ölkədəki din idarələrinin pulsuz qaz ilə təmini haqqında memorandum imzalanıb
# 19 oktyabr 2013 13:45 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstana səfər edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti ilə Gürcüstan elm və maarif naziri Tamara Sanikidze arasında memorandum imzalanıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sənəddə gürcü ali məktəblərində təhsil alan 30 tələbəyə 4 il təhsil müddətində 300 lari (150 manat) məbləğində təqaüd verilməsi nəzərdə tutulub. Sonra ARDNŞ-in rəhbəri Rövnəq Abdullayevin Gürcüstanın patriarx-katalikosu II İlya ilə görüşü olub. Görüşdə Gürcüstanda fəaliyyət göstərən din idarələrinin bir illik pulsuz qaz ilə təmin edilməsi haqqında memorandum imzalanıb. Tədbirdə Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Kaxa Kaladze və digər rəsmi şəxslər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR