Azərbaycanda prokurorluq işçisi həbs edilib - EKSKLÜZİV - VİDEO

Azərbaycanda prokurorluq işçisi həbs edilib - <span style="color: red;">EKSKLÜZİV  - <span style="color: red;">VİDEO
# 07 oktyabr 2013 11:23 (UTC +04:00)

APA-nın məlumatına görə, tutulan prokurorluq işçisi bir neçə gün əvvəl baş prokuror Zakir Qaralovun əmri ilə işdən qovulan Vüsal Müslümovdur.

Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxsin vəkili APA-ya V. Müslümovun həbs edilməsi faktını təsdiqləyərək onun həbsindən apellyasiya şikayəti verdiklərini bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl V. Müslümov və daha iki prokurorluq işçisi işdən qovulub. Bu barədə baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşı V. Müslümov, Bakı şəhər Prokurorluğunun əməkdaşları Valeh Vəliyev və Çingiz Hacıyev işdə yol verdikləri kobud qanun pozuntularına görə prokurorluq orqanlarından xaric ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR