Liviyada hərbi sursat anbarında partlayış nəticəsində 40-dan çox insan ölüb

Liviyada hərbi sursat anbarında partlayış nəticəsində 40-dan çox insan ölüb
# 29 noyabr 2013 00:28 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident paytaxt Tripoli şəhərindən 650 km aralıda yerləşən Sabha şəhərində, hərbi sursat anbarında baş verib. Liviya ordusunun komandanlığı anbara silahlı şəxslərin hücum etdiyini bəyan edib. Yerli hakimiyyət qurumları isə bildirir ki, bir qrup yerli sakin anbardan silah oğurlamağa cəhd edərkən partlayış baş verib.

Qeyd edək ki, Britaniyanın Times qəzeti oktyabrda Liviyanın cənubunda səhrada içərisində 4000 raket və 6000 uran konsetratı ilə dolu çəllək olan nəzarətsiz anbar aşkarlandığını barədə yazırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR