Ukrayna müxalifəti Yanukoviçlə barışığa dair razılığa gəlib

Ukrayna müxalifəti Yanukoviçlə barışığa dair razılığa gəlib
# 24 yanvar 2014 00:35 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Qruşevski küçəsində hadisələri canlı yayımlayan “Espresso TV” telekanalı məlumat verib. Razılığa əsasən, tərəflər güc tətbiqinə son qoymalı, DİN isə iğtişaşlar zamanı saxlanılanları azadlığa buraxmalıdır.

“UNİAN” agentliyi isə məlumat verir ki, etirazçılar müxalifət liderlərinin bəyanatlarını birmənalı qəbul etməyib: aksiya iştirakçılarının bir qismi fəal müqavimətin davam etdirilməsini tələb edib, bir hissəsi isə “tövsiyələri nəzərə almağa” çağırıb.

Ukrayna prezidentinin müşaviri Anna German bundan əvvəl açıqlamasında bildirib ki, hakimiyyət asayiş keşikçilərini tam nəzarətdə saxlayır. Onun sözlərinə görə, lakin müxalifət liderləri radikalları nəzarətdə saxlamaq iqtidarında olduğunu bəyan etməkdən imtina edib.

Qeyd edək ki, bir qədər əvvəl “Batkivşina” fraksiyasının rəhbəri Arseniy Yatsenyuk prezidentlə baş tutmuş danışıqlardan sonra zorakılığı dayandırmaq şansının çox yüksək olduğunu bəyan edib.

“Azadlıq” partiyasının lideri Oleq Tyaqnibok isə əlavə edib ki, müxalifət razılığa dair konkret şərhi ictimaiyyətlə keçiriləcək məsləhətləşmələrdən sonra verəcək.

Xatırladaq ki, Ukrayna müxalifətinin liderləri Vitali Kliçko, Arseniy Yatsenyuk, Oleq Tyaqnibok ötən gün Ukrayna prezidenti ilə növbəti dəfə danışıqlar keçirib. Danışıqların ilk raundu yanvarın 22-də keçirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR