İsrail hərbçiləri 3 fələstinlini qətlə yetirib

İsrail hərbçiləri 3 fələstinlini qətlə yetirib
# 27 noyabr 2013 02:21 (UTC +04:00)

Bakı-APA. İsrail təhlükəsizlik qüvvələrinin əməkdaşları Qərb Sahildə, Hevron şəhərinin cənubunda 3 fələstinlini qətlə yetirib

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, israillilər öldürülən fələstinlilərin “Əl Qaidə”ilə əlaqəli olan qruplaşmanın üzvü olduqlarını iddia edirlər.

İsrail xüsusi xidmət orqanlarının bəyanatına əsasən, öldürülən fələstinlilər yaxın günlərdə İsrail və Fələstin Muxtariyyəti ərazisində bir sıra obyektlərə hücum etməyə planlaşdırıbmış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR