İranda iki ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

İranda iki ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var
# 23 aprel 2014 13:17 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında İranın Kirman vilayətində, Şəhdad-Nəhbandan şosesində olub. Əfqanıstan vətəndaşlarını daşıyan avtomobilin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan 13 nəfəri Şəhdad və Kirmanın Şəhid Bahunər xəstəxanalarına çatdırılıblar. Onların qeyri-qanuni miqrantlar olduğu bildirilir.

Eyni zamanda bu gün səhər saatlarında İranın Mazandaran vilayətində də ağır yol-nəqliyyat hadisəsi baş verib. Qonabaddan Tehrana hərəkət edən içərisində 40 sərnişin olduğu avtobusun yük maşını ilə toqquşması nəticəsində bir nəfər yerindəcə ölüb, 26 nəfər yaralanıb. Ölən sərnişin avtobusunun sürücüsüdür, yük maşınının sürücüsü isə yüngül xəsarət alıb. Yaralılar Amol şəhərinin 17 Şəhrivər Xəstəxanasına çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR