Obama Konqresi İrana qarşı yeni sanksiyalar tətbiq etməməyə çağırıb

Obama Konqresi İrana qarşı yeni sanksiyalar tətbiq etməməyə çağırıb
# 14 noyabr 2013 20:32 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Konqresi İrana qarşı yeni sanksiyalar tətbiq etməməyə çağırıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Obama qeyd edib ki, “əgər ABŞ diplomatik yanaşmaya ciddi köklənibsə, biz artıq effektiv işləyən sanksiyalara yenilərini əlavə etməməliyik”.

Xatırladaq ki, Barak Obama bundan əvvəl İrana qarşı tətbiq edilən sanksiyaların müddətini uzadıb.

Qeyd edək ki, bir qədər əvvəl AEBA ekspertləri İranın nüvə proqramının genişləndirilməsini dayandırdığını bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR