Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 17 mart 2014 08:57 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün gecə saatlarında Xaçmaz şəhərinin Nəriman Nərimanov prospektində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1969-cu il təvəllüdlü Xaçmaz şəhər sakini Azad Məhərrəmovu maşın vurub.

O, hadisə yerində dünyasını dəyişib. 45 yaşlı piyadanın cəsədi Xaçmaz morqunda müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR