Bakı və Qəbələdə yanğın hadisəsi qeydə alınıb

Bakı və Qəbələdə yanğın hadisəsi qeydə alınıb
# 02 aprel 2014 21:12 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan üçotaqlı taxta konstruksiyadan ibarət evin 1 otağı 6 kv.m sahədə yanıb.

Yanğın zamanı ev sahibi yanğınsöndürənlər tərəfindən xilas edilərək Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Qəbələ rayonunda, rayon mərkəzindən 20 km aralıda yerləşən Seyidqışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 238 kv.m olan evin 2-ci mərtəbəsində 1 otağın dam örtüyü və ev əşyaları 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:15-də söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR