Pakistanda avtobusun yük maşını ilə toqquşması nəticəsində 22 məktəbli ölüb

Pakistanda avtobusun yük maşını ilə toqquşması nəticəsində 22 məktəbli ölüb
# 15 yanvar 2014 13:28 (UTC +04:00)

Bakı – APA. Pakistanda məktəb avtobusunun yük maşını ilə toqquşması nəticəsində 22 məktəbli ölüb.

APA – nın İANS-a istinadən verdiyi məlumata görə, qəza Navabşah şəhərində baş verib.

Avtobusda 10-16 yaş arasında məktəblilər olub. Hazırda qəza nəticəsində yaralanan uşaqların sayı dəqiqləşdirilir.

Pakistan prezidenti Məmnun Hüseyn ölən məktəblilərin valideynlərinə başsağlığı verib, habelə yerli hakimiyyət orqanlarından yaralananlara lazımi tibbi yardımın göstərilməsini xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR