Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçirilib - FOTO

Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 06 dekabr 2013 09:23 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, "Fest-film" studiyası və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən rejissor Ayaz Salayev bildirib ki, kino həftəsində Rusiya Kinematoqrafçılar İttifaqı sədrinin birinci müavini Sergey Lazaruk, sənədli film rejissoru İqor Qriqoryev, aktyorlar Mariya Semyonova və Aleksandr Tyutin, “Fest-film” studiyasının baş direktoru İrina Korçaqina təmsil olunurlar. Ayaz Salayev əlavə edib ki, həftə çərçivəsində son iki ildə Rusiyada çəkilmiş ən yaxşı filmlər nümayiş etdiriləcək.

Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Sergey Lazaruk qeyd edib ki, hazırda Rusiya Federasiyasında dövlət sifarişi ilə 89 film çəkilir.

Həftənin ilk ekran əsəri kimi Dmitri Zverkov və İqor Sosnanın ssenarisi əsasında rejissor Andrey Malyukovun çəkdiyi “Matç” filmi nümayiş olunub.

Həftənin proqramında “Mən yanında olacağam”, “Casus”, “İki gün”, “Kino ərazisində müharibə”, “Metro”, “Ku! Kin-dza-dza!” filmlərinin də göstərilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR