Azərbaycanda manat pul kütləsi 19% artıb

Azərbaycanda manat pul kütləsi 19% artıb
# 06 fevral 2014 11:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2014-cü il yanvarın 1-nə 19 359,8 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 584,5 mln. manat və ya 15,4% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin dekabr ayında geniş mənada pul kütləsi 1 070,6 mln. manat və ya 5,9% artıb.

Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Eyni zamanda, manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 628,4 mln. manat və ya 19,0% artaraq yanvarın 1-nə 16 434,8 mln. manata çatıb:

(mln. AZN)

01.01.2013

01.01.2014

M0 (nağd pullar)

9 256,6

10 458,7

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

11 107,9

12 736,9

M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

13 806,4

16 434,8

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

16 775,3

19 359,8

Azərbaycanda pul kütləsində nağdlaşma səviyyəsi bu ilin yanvarın 1-nə 63,6%-ə bərabər olub ki, bu da illik müqayisədə 3,5 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR