Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər
# 04 aprel 2014 06:58 (UTC +04:00)

Bakı – APA. Aprelin 6-dan 10-dək Belqrad şəhərində (Serbiya) "Yeni tələbələr, yeni metodlar və yeni qiymətləndirmə" mövzusunda seminar və Azərbaycan-Çexiya ikitərəfli əməkdaşlıq planına əsasən aprelin 7-dən 8-dək Bakı şəhərində insan ehtiyatlarının idarə edilməsi və zabit karyerasının inkişafı üzrə təcrübə mübadiləsi keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR