Dənizdə köməksiz qalan balıqçı xilas edilib

Dənizdə köməksiz qalan balıqçı xilas edilib
# 02 oktyabr 2013 08:44 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Xəzər dənizində köməksiz qalan balıqçı xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhərinin Xəzər rayonu ərazisindən balıq tutmaq məqsədilə dənizə çıxan bir nəfər havanın küləkli olması səbəbindən geri qayıda bilməyib və ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 1,5 km məsafədə, nəzarət olunmayan ərazidə köməksiz vəziyyətdə qalıb. FHN-in müvafiq xilasetmə qüvvələri dərhal əraziyə cəlb olunublar. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilib. Əməliyyat saat 10:45-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR